Naxçıvan iqtisadiyyatı 1% böyüyüb | Banco.az

Naxçıvan iqtisadiyyatı 1% böyüyüb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 173,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2% artaraq 376 manat olub.

Aylıq ÜDM-in təxminən 54%-i, yaxud 93,7 milyon manatlıq hissəsi sənaye sektorunda istehsal olunub. 

report.az