“Naxçıvan Bank”ın 100 milyonluq kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb | Banco.az

“Naxçıvan Bank”ın 100 milyonluq kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb

“Naxçıvan Bank” ASC-nin kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb.

Bununla bağlı “Naxçıvan Bank”ın müştərilərinə SMS bildiriş göndərilib.

Qeyd edilib ki, dekabrın 4-dən etibarən bankın müştərilərin kredit müqaviləsinin şərtləri dəyişmədən “Kapital Bank”a ötürülür. Müştərilər kredit ödənişlərini “Kapital Bank”a ödəməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Məsələ ilə bağlı “Kapital Bank”dan “ bildirilib ki, söhbət bankın tam kredit portfelindən getmir: "Bu günə “Naxçıvan Bank”ın istehlak kreditlərinin yalnız bir hissəsi “Kapital Bank”a ötürülüb".

Qeyd edək ki, sonuncu, yəni 2023-cü ilin III rübünün maliyyə nəticələrinə əsasən, “Naxçıvan Bank”ın müştərilərə verilən istehlak kreditlərinin həcmi 100 milyon manata yaxın olub.

apa

Ən sərfəli krediti almaq üçün müraciət et