Müəllif:Ayşən İmanova/Banco.az
NATO-nun 17 ölkəsindən ibarət qrup Alyansın Kosmosdan Davamlı Nəzarət (APSS) proqramına 1 milyard dollar ayırmağı vəd edib.
Banco.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi veb-saytında bildirilib.
Məlumata görə , razılaşma müttəfiqlərin quruda və dənizdə görünməmiş dəqiqlik və səmərəliliklə fəaliyyətinə nəzarət etmək qabiliyyətini gücləndirməlidir.
Press-relizdə deyilir ki, müvafiq sənəd Vaşinqtonda keçirilən NATO sammitində imzalanıb.
Qeyd edilir ki, proqram alyansın tarixində ən böyük kosmik imkanlara çoxmillətli investisiyanı təmsil edir.
Razılaşmanın imzalanması ilə proqram növbəti 5 il ərzində 17 NATO ölkəsi kommersiya və milli kosmik aktivlərin istismarı üçün qabaqcıl imkanları genişləndirmək məqsədi ilə 1 milyard dollardan çox vəsait ayıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!