Müəllif:Ayşən İmanova/Banco.az
Sentyabrda NATO İsveçrədə yalnız bir işçisi olan nümayəndəlik açacaq.
Banco.az xəbər verir ki, bu barədə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) rəsmi nümayəndəsi Enn-Kerolin Pissi Martel bildirib.
Onun sözlərinə görə, ofis Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) binasında yerləşəcək.
Bildirilir ki, NATO Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) kimi Cenevrədə yerləşən beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlı ola bilər.
Qeyd olunur ki, yeni ofisin yaradılması alyansın diplomatik ictimaiyyətlə əlaqələrini genişləndirməyə kömək edəcək, çünki Cenevrədə 180-dən çox ölkənin müxtəlif nümayəndəlikləri və təxminən 750 qeyri-hökumət və qeyri-kommersiya təşkilatı yerləşir.