Məlum olub ki, ABŞ-ın NASA kosmik agentliyi Ay səthindəki anlaşılmaz dəlikləri tədqiq edə biləcək robotun hazırlanmasına 2 milyon dollar ayıracaq. Robotun yaradılması üzərində işlə Karnegi-Mellon Universitetinin mütəxəssisləri məşğul olacaqlar.
Planetimizin təbii peykinin səthindəki kraterlar asteroidlərin düşməsi nəticəsində yaranıblar. Alimlər bu çuxurlarda faydalı minerallar, buz və digər resursların gizlənə biləcəyini düşünürlər. Ancaq bunun olub-olmadığını anlamaq üçün indi heç bir imkan yoxdur, çünki mövcud texnika təhlükəsiz aşağı getmək və geri dönmək iqtidarında deyil.
Amerikalı tədqiqatçılar bu problemi həll etməyə qərar veriblər. NASA, xüsusi olaraq bu məqsəd üçün robot texnikası İnstitutunun mühəndislərinə ağıllı və çevik robot sifariş edib. Onun yaradılmasına 2 milyon dollara yaxın vəsaitin xərclənməsi planlaşdırılır.
Ted.az