NASA-nın kosmik aparatı MARSA eniş etdi | Banco.az

NASA-nın kosmik aparatı MARSA eniş etdi

Tamara Mustafayeva, Banco.az

NASA-nın "Perseverance" adlı kosmik aparatı Marsın səthinə eniş edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın NASA kosmik agentliyi "Perseverance" adlı kəşfiyyat aparatının Marsa uğurlu eniş həyata keçirdiyini elan edib. 7 ay ərzində 470 milyon kilometr yol qət edərək Mars planetinə çatan kosmik aparat "Qırmızı Planet"də keçmişdən qalan həyat izlərini araşdıracaq.

1 ton ağırlığındakı sözügedən kosmik aparat Şərqi Amerikanın yerli vaxtı ilə 15:55-də Marsın Jezero kraterinə enib.

Qeyd edək ki, eniş missiyası NASA tərəfindən canlı yayımlanıb. Məsafə səbəbilə Marsın səthinə ilk ayaq basılma anının video kadrları təqribən 11 dəqiqəlik gecikməyə məruz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et