Müəllif: Tamara Mustafayeva, Banco.az
NASA Artemida V missiyası üçün “Blue Origin” kosmik şirkəti ilə razılıq əldə edib.
Banco.az xəbər verir ki, NASA Aya eniş üçün planlaşdırılan Artemida missiyalarının sayca beşincisi üçün Ceff Bezosun təsis etdiyi “Blue Origin” şirkəti ilə razılaşdığını elan edib.
Şirkət 2029-cu ildə həyata keçirilməsi planlaşdırılan Artemida V missiyasında Ayın orbitindəki stansiyadan Ay səthinə enmə missiyasını öz üzərinə götürəcək.
Bununla belə, “Blue Origin” sözügedən missiyada təkbaşına fəaliyyət göstərməyəcək, “Lockheed Martin”, “Draper”, “Boeing”, “Astrobotic” və “Honeybee Robotics” də bu layihəyə töhfə verəcək.
Xatırladaq ki, Artemida III və IV missiyaları üçün İlon Maskın sahib olduğu “SpaceX” şirkəti ilə razılıq əldə edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!