Nağdsız ödənişlərin həcmi artıb | Banco.az

Nağdsız ödənişlərin həcmi artıb

Ötən ilin noyabr ayında Azərbaycan daxilində POS-terminallar vasitəsilə 56 mln. manat həcmində nağdsız ödənişlər həyata keçirilib. "Banco.az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Hesabata əsasən, ödənişlərin həcmində illik müqayisədə 81% artım qeydə alınıb.

Ümumiyyətlə, yanvar-noyabr ayları ərzində bu ödənişlərin həcmi 467 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 109 mln. manat və ya 30,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, ATM-lər vasitəsi nağdsız ödənişlərin həcmi isə 2016-cı ilin noyabrında 31 mln. manat olub ki, bu da illik müqayisədə 3,3% artım deməkdir. Ötən ilin ilk 11 ayı ərzində isə ümumilikdə bu ödənişlər 296 mln. manata çatıb və illik müqayisədə bu göstərici 1 mln. manat artıb.

Beləliklə, 2016-cı ilin ilk 11 ayı ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin ümumi həcmi illik müqayisədə 110 mln. manat və ya 16,9% artaraq 763 mln. manata çatıb.