Nağdsız ödənişlərin artırılmasında yeni qapı: İNTEÇEYNC | Banco.az

Nağdsız ödənişlərin artırılmasında yeni qapı: İNTEÇEYNC

İnterçeync ödənişi nədir? Kimdən və necə tutulur?

Hər hansı mağazada nağdsız ödəniş etdikdə və ya internet vasitəsi ilə nə isə sifariş etdiyimiz zaman hesabımızdakı pulumuz satıcıya bir neçə prosesdən keçərək gedir.

Bunu qısa formada aşağdakı kimi göstərmək olar:

  1. Biz kartımızı satıcıya veririk və POS terminalda PİN kodumuzu daxil edirik, Satıcı isə ödəniləcək məbləğlə birlikdə bu məlumatı öz hesabının olduğu banka (Bu Ekvayer Bank adlanır) göndərir;
  2. Satıcının bankı həmin məlumatı sizin bankınıza (Bu Emitent Bank adlanır) göndərir, Sizin bank isə ödənişi hesabınızdan çıxır, müvafiq İNTERÇEYNC xidmət haqqını bu ödənişdən tutur və qalan məbləği satıcının bankına göndərir;
  3. Satıcının bankı isə öz xidmət haqqını bu ödənişdən tutur və qalan məbləği satıcının hesabına köçürür.

İNTERÇEYNC, plastik kartlarla aparılan əməliyyatlar zamanı bir bankın digər banka ödədiyi xidmət haqqıdır. Yuxarıda təsvir etdiyimiz halda ödəniş ekvayer bankın müştərisindən, yəni son nəticədə satıcıdan tutulur.

Ümumilikdə interçeync POS terminaldan və internet vasitəsi ilə ödəniş edərkən (bunun adı eCommerce-dir), həmçinin başqa bankın “ATM”indən (yəni bankomatdan) pul çıxararkən (nağdlaşdırma edərkən) də bir bank tərəfindən digər bankdan tutulur.

Məsələn mağazada/restoranda nağdsız ödəniş edərkən və ya internetdən alış-veriş zamanı interçeync mağazanın/restoranın, yaxud internet üzərindən satış edən şirkətin bankından tutulur. Amma ATM-dən pul çıxararkən isə əksinə proses baş verir. Bu zaman, interçeync-i ATM-in sahibi bankplastik kartı buraxan bankdan tutulur. Məsələn Siz “A” bankının müştərisiniz, əlinizdə kart yaxınlaşırsınız “B” bankına məxsus ATM-ə və pul çıxarırsınız. Bu zaman Sizin “A” bankı, ATM sahibi “B” bankına xidmət haqq edəyir. Bu haqq da interçeync adlanır.

POS terminalla bağlı yuxarıdakı misaldan göründüyü kimi nağdsız ödəniş halında alıcının balansından yalnız aldığı əmtəənin məbləği çıxılır. Amma bu məbləğin hamısı satıcının hesabına daxil olmur. Bu vəsait Ekvayer Bankın satıcıya göstərdiyi bank xidməti zamanı əməliyyat xərci qədər az olur.

Başqa sözlə, əgər satıcı pulu nağd formada alarsa, pulun 100%-lik hissəsi onun kassasına daxil olacaqdı. Nağdsız ödənişdə isə bu məbləğ azalır. Nəticədə isə satıcılar POS terminalların quraşdırılmasına isti yanaşmırlar.

Ən sərfəli kredit üçün müraciət et

İnterçeync ödənişinin azaldılması üzrə hansı tədbirlər görülür?

Nağdsız ödənişlərin artmasının ölkə iqtisadiyyatına verə biləcəyi töhvəni, kölgə iqtisadiyyatın azalmasına təsirini, eləcə də alış-veriş zamanı belə ödənişlərin əhali üçün daha rahat olduğunu nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) nağdsız ödənişlərin stimullaşdırılması üçüninterçeync haqlarının azaldılması imkanlarını araşdırır. Xüsusilə nağdsız ödənişlər sahəsində əhəmiyyətli paya sahib banklardan ABA-ya daxil olmuş məlumatlar onu deməyə əsas verir ki, bankların mənafeyi nəzərə alınmaqla, əksər banklar bu xidmət haqlarının (interçeync) aşağı salınması yönündə aparılan müzakirələrin davam etdirilməsinə müsbət yanaşırlar.

Qeyd etmək yerinə düşər ki, indiyə qədər interçeync üzrə ödəniş haqları Visa və MasterCard tərəfindən müəyyən edilirdisə, cari ilin aprel ayında Mərkəzi Bank tərəfindən Banklararası Kart Mərkəzinin istismara verilməsi ilə banklar arasında daha aşağı interçeync tariflərinin tətbiqi barədə iki və ya çoxtərəfli razılaşma imkanı verib. Amma bu yalnız ölkə daxili ödənişlərə aiddir.

Nağdsız ödənişlərin üçün ABA-nın təklif etdiyi KOMPLEKS TƏDBİRLƏR

Bundan əlavə ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu bu sahədə lazımi inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsini daha  məqsədəuyğun hesab edir. Kompleks tədbirlər olaraq müzakirələrdə əsasən aşağıdakı məsələlərə yer verilməsi təklif edilir:

  • Nağdsız ödənişlər zamanı həm ticarət obyektləri, həm də maliyyə institutlarına güzəştli vergi dərəcələrinin və bənzər güzəştlərin tətbiqi;
  • Vətəndaşların maliyyə savadlığının artırılması məqsədilə KİV lər, xüsusilə də TV-lər vasitəsilə müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Bankları nağdsiz ödənişlərlə əlaqədar daha da stimullaşdırmaq məqəsilə keçirilən mövcud nominasiyaların davam etdirilməsi və yeni nominasiyaların üzərində işlənilməsi;
  • və digər tədbirlər.

Mənbə: http://bit.ly/2a2RX3Z

Ən sərfəli krediti almaq üçün müraciət et