Nağdsız ödənişlər günün tələbidir | Banco.az

Nağdsız ödənişlər günün tələbidir

2016-cı il ilə müqayisədə POS-terminalların sayında 16 faizədək azalma olub. Əgər 2016-cı ildə bu rəqəm 80.301 ədəd idisə, bu il iyunun 1-nə 67.032 POS-terminal qeydiyyatdadır.

Hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da kartların tətbiqindən keçən dövr ərzində ən yüksək göstərici hesab edilir. Təbii olaraq, burada əsas sual ondan ibarətdir ki, bu prosesdə iştirak edən 3 tərəf var - banklar, sahibkarlar və vətəndaşlar. Nağdsız hesablaşmaların aparılmasında hər bir tərəfin hansı dərəcədə maraqlı olduğu barədə sual yaranır. Bu suala cavab vermək üçün biz aşağıdakı məsələlərə diqqəti cəlb etmək istəyirik.

Birinci, komissiya haqlarıdır. Hazırda POS-terminal dövriyyəsi üzrə sahibkarların ödədiyi komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arasında dəyişir. Müqayisə üçün: Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz aralığında dəyişir. Yəni müqayisədə, deyə bilərik ki, bizdə bu komissiya və tariflər xarici ölkələrdəki tariflərdən yüksək deyil. Dövlət bu tarif siyasətinə müdaxilə etmir.

Ən sərfəli kredit üçün müraciət et

İkinci məsələ cəzasızlıq mövzusudur. Mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarına görə məsuliyyət tədbirlərini nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır.

Vergiler.az