Nağd ödənişlər elektron pul qarşısında tab gətirəcəkmi? | Banco.az

Nağd ödənişlər elektron pul qarşısında tab gətirəcəkmi?

Nağd ödənişlərdən elektron ödənişlərə keçid, sanki bütün maliyyə xidmətləri sektorunu əhatə edib. İstifadəçilərin xidmətində olan Bitcoin, Apple pay və Venmo, həmçinin çoxlu sayda digər servislər, elektron valyutalar, ödəniş sistemləri bunun bariz nümunəsidir. Bəs, bütün bunlar o anlamağa gəlir ki, biz tezlikdə ənənəvi ödəniş üsulu olan nağd ödənişlərdən imtina edəcəyik? Yoxsa, nağd pulların hələ də şansı qalır?


Bu gün dövriyyədə 1,2 trilyon dollar nağd vəsait var. Xırda ödənişlərin yarısı (50 dollara qədər) nağd üsulla həyata keçirilir. Onların gündəlik dövriyyəsi haqqında bəzi məlumatlar belədir:

  • 38 milyon banknot
  • 42 milyon sikkə (dəmir pul)
  • Bir ABŞ vətəndaşına 2776 dollar
  • ABŞ ÜDM-nın 6%

Əhəmiyyətli dərəcədə böyük rəqəmlərdir. Cari göstəricilərlə fiziki cəhətdən mövcud olan nağd ödənişlərdən imtina qeyri mümkün görünür, ya da ən azı 200 ildən sonra mümkün ola bilər. Bunun günahı kimdədir? Cavab sadədir: Elə hamıda. Nağd puldan əsasən aşağı və orta gəlir səviyyəsinə malik olan insanlar istifadə edir. İldə 25 min dollardan az qazananlar 57% nağd ödənişlərə üstünlük verir. İldə 200 mindən çox qazananlar ödənişlərin 100-dən 33-nü nağd gerçəkləşdirir. Bundan əlavə yaşı 18-24 olan gənc insanlar da nağdsız ödənişlərə üstünlük verir ( 40%, yaşlılarda isə bu rəqəm 25%-dir).

Ən sərfəli kredit üçün müraciət et

Xırda bizneslər də nağd ödənişlərə güclü dəstək olur. Satıcılar kredit kartları vasitəsi ilə gerçəkləşəm ödənişlərin qəbulu üçün 3% ödəmək istəmir, ona görə də xırda sahibkarların yarıdan çoxu sadəcə kart vasitəsi ilə ödənişləri qəbul etmir. Xüsusən də bunu dəyəri kiçik olan məhsulların satışı ilə məşğul olan kiçik bizneslərə aid etmək olar. Məsələn dəyəri 10 dollara qədər olan satışların 66%-i nağd gerçəkləşir. Dəyəri 50 dollardan çox olan ödənişlərin isə 15%-i nağd həyata keçirilir.

Bundan əlavə FES-in (Federal Ehtiyatlar Sistemi) San Fransiskoda apardığı sorğun sakinlərin hansı səbəblərdən nağd ödənişlərə üstünlük verməsini üzə çıxarıb.

  • Yerindəcə ödəniş etmək imkanı;
  • Köçürmə xərclərinin olmaması
  • Likvidlik
  • Pul vəsaitlərinə nəzarət imkanı
  • Anonimlik

Ona görə nağd vəsaitlər heç yerə yoxa çıxan deyil, ona görə də onların tətbiq yerlərini genişləndirmək daha məntiqi görünür, nəinki fiziki pulların tam yoxa çıxmasını. 

Ən sərfəli krediti almaq üçün müraciət et