Turizm portalı “TurStat” MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib.
Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:
“Belarusun Naroç gölü sahilində yerləşən kurortlar, Azərbaycanın Naftalan, Qazaxıstanın Burabaya istirahət və sağlamlıq mərkəzləri MDB-də 2019-cu il üçün ən çox müraciət olunan yerlərdir”.
oxu.az