myAccess vasitəsilə pulu kartdan karta necə göndərmək olar? | Banco.az

myAccess vasitəsilə pulu kartdan karta necə göndərmək olar?

AccessBank müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?

Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:

1. Ödənişlər bölməsindən kartdan karta xidmətini seçin. 

2. Açılan pəncərədən kartın növünü (Visa və ya MasterCard), göndərilən məbləğin miqdarını və valyutasını qeyd edin.

3. Növbəti səhifədə kartı göndərən şəxsin adı və soyadı, kartın üzərindəki 16 rəqəmli kodu, kartın son istifadə müddəti və arxasındakı 3 və ya 4 rəqəmli kodunu daxil edin

4. Sonra pulu alan şəxsin kartının üzərindəki 16 rəqəmli kodu qeyd edin.

5. Əməliyyatı tamamlamaq üçün telefon nömrənizə gələn təsdiqləmə kodunu daxil etmək lazımdır.

Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Video Banco.az tərəfindən hazırlanıb.

Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et