Müştərilərin kredit hesabları 20 aylıq minimuma enib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Müştərilərin kredit hesabları 20 aylıq minimuma enib

Azərbaycanda bank müştərilərinin hesabları ötən ilin eyni dövrü ilə müqayisədə 6,96% artaraq 2016-cı il mayın 1-nə 15 710 255 ədədə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, müştəri hesablarının 12 498 286-sı və ya 79,56%-i cari, 2 791 766-sı və ya 17,77%-i kredit və 420 203-ü və ya 2,68%-i depozit hesablarının payına düşüb. Qeyd edək ki, cari hesabların 12 335 263-ü və ya 78,52%-i fiziki şəxslərə məxsusdur.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari hesablarda 12,06% artım, kredit hesablarında 10,39% azalma, depozit hesablarında 0,16% artım müşahidə olunub.

Müştərilərin kredit hesablarının sayı 2014-cü il sentyabrın 1-dən 2016-cı il mayın 1-dək qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 2014-cü il sentyabrın 1-nə kredit hesablarının sayı 2 794 467 ədəd təşkil edib.  

Qeyd edək ki, Azərbaycanda bank müştərilərinin sayı ötən illin eyni dövrü ilə müqayisədə 266 394 və ya 5,05% artaraq cari il mayın 1-nə 5 540 057 nəfərə çatıb.