Banco.az olaraq, taksit kartların hansı valyutada maliyyələşməsi ilə bağlı araşdırmalarımız davam edir. Bank of Baku-dan portalımıza verilən məlumata əsasən, Bolkartla bağlı kreditləşmə manat valyutasında davam etdirilir:
Müştərilər istədikləri valyutada alış-veriş edə bilərlər. Alış-veriş edilən ticarət müəssisəsinin Bankla hesablaşma gününə uyğun olaraq borclanma məbləği manata konvertasiya edilir”.
Həmçinin Bankdan portalımıza bildirilib ki, müvəqqəti olaraq, yenilənməyə görə yeni kartların verilməsi dayandırılıb: “Müştərilərimizi tezliklə sevindirəcəyik” – Bankdan portalımıza bildirilib:
Bolkartın manat valyutasında olması müştərilərin bu dönəm yaranan ehtiyaclarını ilk olaraq bolkartla ödəməyə stimul yaradıb”
Ən sərfəli kredit üçün müraciət et
Bankdan bildirirlər ki, Bolkart alış-veriş zamanı istifadə edilən kart olduğu üçün mağazalarda müşaiyət olunan azalma Bolkart dövriyyəsinə təsir edib: “Geyim, market sektorunda azalma olmayıb, əsasən telefon, məişət, mebel sektorunda azalma hiss olunur. Bolkartın manat valyutasında olması müştərilərin bu dönəm yaranan ehtiyaclarını ilk olaraq bolkartla ödəməyə stimul yaradıb. Bu səbəbdən satışlara o qədərdə təsir göstərmədiyini demək olar. Devalvasiya vaxtı yaranan fərqi isə Bank of Baku müştərilərə kömək məqsədilə, öz üzərinə götürmüşdü”.
Qeyd edək ki, Bolkart üzrə nağdlaşdırma yalnız kampaniya müddətində mümkün olur.