Müştəri xidmətləri təmsilçisi olmaq üçün nə lazımdır? | Banco.az

Müştəri xidmətləri təmsilçisi olmaq üçün nə lazımdır?

"Mən bankda işləyirəm"

Necə gözəl səslənir elə deyilmi?

Bir çoxları üçün bu cümlə çox sehirlidirsə, bəziləri üçün isə çətin və yorucu.

Hər zaman dediyimiz kimi, sevgi yoxdursa, çətinliklər dözülməz hala gələcəkdir.

Əgər siz həqiqətən özünüzü bank işində görmək və öz kariyeranızı bu sahə üzrə qurmaq istəyirsinizsə, o zaman mübarizədən əl çəkməyin.

Amma bir şeyi də unutmayın, kənarda "cool" görünən bu sahədə çalışmaq, heç də asan deyil.

Bu gün bankın təməlində dayanan işçilərdən - Müştəri xidmətləri təmsilçilərindən söz açacağıq.

Kimdir Müştəri Xidmətləri Təmsilçisi?

Müştərilərin əməliyyatlarını tam və zamanında yerinə yetirməklə məsul olan şəxsdir.

Əgər özünüzü və imkanlarınızı düzgün təqdim edə biləcək gücə və bacarığa sahibsinizsə, bu vəzifə sizin bank sahəsində irəliləməyiniz üçün ilk və möhkəm addımlardan biridir.

Müştəri xidmətləri təmsilçisi öz gülərüzlülüyü və xoş rəftarı ilə müştərilərdə bank haqqında ilkin təəssüratı yaradır, onların bütün müraciətlərini səbirli və peşəkar bir şəkildə qarşılayır. Yüksək səviyyəli xidmət standartlarının və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə tələb olunan tədbirləri həyata keçirir, bununla da bank və müştəri arasında ünsiyyət və körpü rolunu oynayır.

Bankın siması olan bu şəxslər daima xoş rəftar və gülərüz olmalıdırlar.

Bu vəzifənin standart öhdəlikləri aşağıdakılardır:

  • Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi;
  • Müştərilərə Terminal və Bankomatlardan istifadə zamanı köməklik göstərilməsi;
  • Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
  • Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların Filial müdirinə yönləndirilməsi.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali və ya orta-ixtisas təhsilinin olması;
  • Yüksək ünsiyyət qabiliyyətinin olması;
  • Gülərüz, səbirli və mehriban olması;
  • Dil bilikləri (ən azı orta səviyyə;
  • Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
  • Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
  • Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığının olması.

Çox zaman bu vəzifə üçün iş təcrübəsi tələb olunmur. Bu səbəbdən ilk addımları müştəri təmsilçisi kimi atmaq ağlabatan hesab oluna bilər.

Ölkəmizdə hal hazırda müştəri təmsilçilərinə verilən əmək haqqı ilkin mərhələdə orta hesabla 300-350 AZN təşkil edir. İş müddəti artdıqca əmək haqqında artım olur. Burada sizin çalışdığınız filialdakı iş yükünün ağırlığının da təsiri vardır.

Əgər siz də bir bankın müştəri xidməti təmilçisi olmaq istəyirsinizsə, lakin hara və necə müraciət edəcəyinizi bilmirsinizsə, sizə davamlı olaraq saytımızın vakansiyalar bölməsini izləməyi məsləhət görərdik.

Buradan aktiv bank vakansiyalarına baxa bilərsiniz.