İyul ayında ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq gözləniləndən aşağı olub | Banco.az

İyul ayında ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq gözləniləndən aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatı sektorundan kənar məşğulluq iyul ayında 73 min artıb.

Banco.az xəbər verir ki, Bloomberg sorğusunda iştirak edən iqtisadçılar məşğulluğun 104 min nəfər artacağını proqnozlaşdırırdılar.

İyun ayı üçün əvvəllər 147 min artım olaraq açıqlanan göstərici isə 14 minə qədər aşağı salınıb. Son iki ay üzrə göstəricilərdə ümumilikdə 258 minlik aşağı yönlü düzəliş edilib.

Beləliklə, bu, pandemiya ili olan 2020-dən bəri ən kəskin iki aylıq aşağı düzəliş olaraq qeydə alınıb.

ABŞ-da iyul ayında işsizlik səviyyəsi 4,2% təşkil edib. Sorğuda da işsizlik səviyyəsinin 4,2% olacağı gözlənilirdi.

Orta saatlıq əməkhaqqı aylıq əsasda proqnozlara uyğun olaraq 0,3% artıb. İllik əsasda isə artım 3,9% təşkil edərək gözləntiləri bir qədər üstələyib.

Bu məlumatlardan sonra bazarlarda oktyabr ayında faiz endirimi ehtimalının 100%-ə yüksəldiyi müşahidə olunub, Bloomberg Dollar İndeksində isə 1%-ə qədər azalma baş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram