Müştəri bazasını necə genişləndirmək olar? | Banco.az

Müştəri bazasını necə genişləndirmək olar?

Marketinq və inkişaf şöbələrinin şirkətin müştəri bazasının yaxşılaşdırılmasında rolu nə dərəcədə böyükdür?

1.Müştəri qaytarma proqramları.

Bu vəzifə “səssizləşmiş” bazanı geri çağıraraq yerinə yetirilir. Satış menecerlərinin bu funksiyanı yerinə yetirməklə əlavə olaraq yüklənməməsi üçün müvəqqəti işçilər işə götürülə bilər.

Məsələn, şəhərinizdəki bir universitetin tələbələri və ya bu cür iş üçün vaxtamuzd işləyən üçüncü şəxsi işə götürmək məqsədəuyğundur. Nəzarətin çətinliyi səbəbiylə evdən işləyənləri cəlb etmək tövsiyə olunmur. İşçinin ofisdə olmağı yaxşıdır, çünki qaynar müraciət olduqda dərhal ofis menecerinə yönləndirə bilər və ya hər hansı müştərinin səciyyəvi bir sualına operativ şəkildə cavab ala bilər. Belə iş növbələrlə aparılır və hər növbədə 4 saat çalışmaq kifayət edir. Bu müddət operatorun maksimum səmərəli işləməsi üçün optimaldır. Birinci növbənin vaxtı bitəndə yeni operatorlar gəlir. Belə bir operatorun vəzifələri məhsulların real satışını əhatə etmir. Müvəqqəti əməkdaş “daxili profil”, müştəri potensialı haqqında məlumat toplamalıdır. Operatorun əmək haqqı saatbaşı ödənilə bilər. Zaman keçdikcə xüsusi və daha sərt sistemə keçilməsi də mümkündür. Bu, bir növbə ərzində istehsal nisbətlərini (məsələn, düzgün doldurulmuş xüsusi müştəri yoxlama anketlərinin sayı) nəzərdə tutur.

Həmçinin oxu: İlk iş günündə münasibətləri necə korlamaq olar?

Daha sonra bu cür doldurulmuş blanklar “isti profil”i real satışa çevirmək üçün satış şöbəsinin inkişaf menecerinə onlayn şəkildə ötürülür.

2.“Perspektiv” müştərilər qrupu üçün premium proqramlar.

Bu kateqoriyalı müştərilərin maliyyə sabitliyi, büdcə planlaşdırma sistemi, məhsullarınıza müntəzəm ehtiyacı və yüksək istehlak potensialı var. Mükafat proqramlarının məqsədi belə bir müştərini şirkətinizin məhsul və ya xidmətlərinə bağlamaq, müştərək işinizi tərk etməyinə mane olan motivasiya yaratmaqdır. Potensial müştərilərin davranışlarına nəzarət şirkətin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxuMünasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI 

Həmçinin oxu: İş yoldaşlarımızdan gizlətməli olduğumuz 8 sirr 

3.Tərəfdaşlar üçün klub imtiyazları.

Marketinq təsirinin bu kateqoriyasına eksklüziv qiymət siyahıları, imic PR-ı və tədbirlərin (eventlərin) təşkili daxildir. Əsas distribyutorların toplanması, dostluq turnirləri, tərəfdaş səfərləri, satış həcminin ən yaxşı şəkildə artması səbəbi ilə müştərinin şirkətinin menecerlərinə verilən mükafatlar, qeyri-maddi mənfəət və s. də bura şamil olunur.

Korporativ müştərilərinizə elə şərait yaradın ki, şirkətiniz üçün əhəmiyyətlərini hiss etsinlər! Uzun müddət davam edən “ləzzətli” proqramlar və təşviqat kampaniyaları (promotion) təşkil edin.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et