Sabah – yəni iyulun 1-i Honkonqun müstəqilliyinin 20 ili tamam olur. Bununla əlaqədar Banco.az saytı Honkonqla bağlı maraqlı məlumatları toplamışdır.
İngilis dilinə tərcümədə Honkonq sözünün mənası, "ətirli liman" deməkdir. Honkonq cənub-şərqi Çinin Çju-tsyan çayının deltasında yerləşir. Honkonq şimalda, Şen-çjen əyaləti ilə həmsərhəddir.
Honkonq maliyyə mərkəzi, milyarderlər məskəni kimi tanınsa da Forbes hesab edir ki, getdikcə daha sürətlə inkişaf edən Çinin digər regionları – Şanxay, Şenzen və Pekinin fonunda Honkonq öz əvvəlki parıltısını itirir. Şəhəri tərk edən sakinlər – iş imkanlarının çətinləşməsini, regionun balaca və əhalinin isə çox sıx olmasını dilə gətirir : Twenty Years After The Handover, Is Hong Kong Losing Its Shine in China?
Buna baxmayaraq, aşağı vergilər və dövlət nəzarətinin yumşaqlığı Honkonqu milyarderlər üçün sevimli məkana çevirib. Əslində, Çinin bu ərazisi dünyada milyarderlərin sayına görə 6-cı yerdə dayanır. Dünyanın 19 ən zəngin insanı, o cümlədən Asiyanın ən zəngin sakini Li Ka-shing də Honkonqda yaşıyır. Onun sərvətinin miqdarı 30 milyard dollar həcmindədir.
Beləliklə Banco.az Honkonq haqqında bəzi faktları təqdim edir.
Əsas iqtisadi göstəricilər
Əhalisi 7,34 milyon, ÜDM 319,4 milyard USD, adam başına düşən ÜDM 43,500 dollar təşkil edir
1842-ci ildə Opium müharibəsindən sonra Honkonq öz müstəqilliyini itirərək, Biritaniyanın idarəçiliyinə aid edildi.
1997-ci ilin 1 iyulunda isə, Honkonq öz müstəqilliyini bərpa edərək, Çinin xüsusi inzibati rayonu statusunu aldı.
Honkonq maraqlı ənənələri ilə seçilməkdədir. Məsələn, ad günündə əriştə yeməyi baş yemək kimi təqdim edilir.
Honkonqda, şəxsi ziyafətlər zamanı atəşfəşanlıq etməyə icazə verilmir.
Honkonqun ümümi sahəsi təxminən 1.024 kvadratmetrdir. Bu əraziyə həm Honkonq adası və həm də, yeni ərazilər və kiçik adalar daxildir.
Ölkənin əsas dili – kanton dilidir. Lakin ikinci rəsmi dil kimi, ingilis dili qəbul edilmişdir.
Honkonqun dövlət rəmzi – ağ delfin hesab olunur. Bu da, Çin ilə, birləşmə mənasını verir.
Dünyanın ən uzun körpüsü, iki adanı birləşdirən yeni tikilmiş Honkonq hava limanında yerləşir.
Dünyada ən çox Rolls Royce sahibi olan ölkə - Honkonqdur.
Honkonqda yerləşən Beynəlxalq ticarət mərkəzinin binası dünyanın hündürlüyünə görə 3-cü ən hündür binasıdır.
Dünyanın ən əsas 7 beynəlxalq birja fondlarından biri Honkonqda yerləşir.
Honkonqda orta İQ səviyyəsi 107-dir.
Honkonqda yaşayan insanlar, uzunömürlü, məhsuldar işçi qüvvəsinin çox olması ilə fərqlənirlər.