Müsahibələrdə ən çox verilən 4 sual | Banco.az

Müsahibələrdə ən çox verilən 4 sual

Müsahibələrdə demək olar ki, hamıdan soruşulan standart suallar vardır. “Hobbiniz varmı?”, “5 il sonra özünüzü harada görürsünüz?” və s. kimi suallar nə qədər şablon suallar kimi görünsə də, həqiqətən bu sualların cavabları işəgötürənlər üçün olduqca əhəmiyyətlidir.

HR-ların ən çox verdikləri suallar və sualların verilmə səbəbləri:

1- Ən böyük zəifliyiniz nədir?

Əslində bu sual birinci cəsarətinizi, ikinci olaraq da xarakterinizi təyin etmək üçün soruşulur. Bu suala verəcəyiniz cavab və ya cavablar sizin işə qəbul olunmağınıza kömək edə bilər və ya sırf bu səbəblə qəbul olmaya bilərsiniz. Buna görə də bəzi nüanslara fikir verməlisiniz:

  • Dürüst olun. Verəcəyiniz reaksiyalarda dürüst olun.
  • Siz robot deyilsiniz və elə davranmanıza ehtiyac yoxdur. Klassik suallar olsa da siz klassik cavablar verməyin. Robot olmadığınızı göstərin, düşünərək məntiqli cavablar verin.
  • Qorxularınıza qalib gəlmək üçün mübarizə apardığınızı göstərin.
  • Qorxularınızdan danışarkən müsbət auralı biri olduğunuzu göstərin və həqiqətən elə olun.

2- 5 il sonra özünüzü harada görürsünüz?

Gələcək planlarınızı və əsl fikirlərinizi öyrənmək üçün soruşulan bir sual olduğu açıq-aşkardır. Eyni zamanda sadiq biri olub olmadığınız da bu suala verdiyiniz cavablara görə ölçülə bilər.

  • Mütləq uzunmüddətli bir planınız olduğunu bildirin və bundan söhbət açın. Lakin elastik bir plan olduğunu və proseslərin inkişafı halında dəyişə biləcəyini də qeyd edin.
  • Realist olun. 5 il sonra hal-hazırda müsahibəsində olduğunuz şirkətin CEO-su olmağı hədəflədiyinizi söyləsəniz, bu bir az real hədəf kimi görünməyə bilər.

3- Hobbiniz varmı?

Ən sərfəli kredit üçün müraciət et

Bu sual sizin haqqınızda həqiqətən nəsə öyrənmək üçün verilir. Ona görə də ağlınıza gələn hər şeyi deməyin. Düşünün və sizi ən yaxşı ifadə edən hobbilərinizdən danışın.

  • Bu sual əslində komanda işinə olan alışqanlığınızı ölçmək üçün də verilmiş ola bilər. Buna görə də bu cür xüsusiyyətləriniz varsa söyləməkdən çəkinməyin.
  • Hobbilər sadəcə boş vaxt keçirmək üçün deyil. Hobbilərin arxasında hədəf və  məqsədlər də vardır və bu da sizi planları və hədəfləri olan biri olaraq göstərir. Hobbinizdən bəhs edərkən bunları unutmayın.

4- Heç işdən qovulmusunuzmu?

Daha əvvəl qovulmusunuzsa və istefa verməyiniz istənibsə, bunu müsahibədə danışmaq çox da xoş bir şey deyil.

  • Riskli bir işçi olmayacağınızı izah edin.
  • Çətinliklər ilə baş edə bildiyinizi göstərin. Qovulmaq səbəbinizi açıqlayarkən, çətiniklərlə daima başa çıxdığınızı vurğulayın və çox işin sizi qorxutmadığını bildirin.
  • Dürüstlük hər zaman sizə yardımçı olacaqdır. Nə qədər yalan desəniz belə bədən diliniz sizi ələ verəcəkdir.
  • Nə olursa olsun köhnə şirkətiniz və müdiriniz haqqında pis danışmayın.