Müsahibələrdə artıq bu suallar soruşulur | Banco.az

Müsahibələrdə artıq bu suallar soruşulur

Sizdən daha təcrübəsiz birinin əmri ilə işləsəniz nə hiss edərsiniz?

İşə yeni başladınız, güvən qazanmaq üçün ilk nə edərsiniz?

Hansı şirkət sizin üçün idealdır?

Karyeranız üçün ən çox nəyə ehtiyacınız var?

İş müraciəti edən namizədi daha yaxşı tanımaq və bunu qısa zamanda edə bilmək üçün qeyri-adi suallar soruşula bilər. İşə götürən səlahiyyətli şəxs yalnız reaksiyalarınızı görmək məqsədiylə sizə qəribə gələ biləcək suallar yönəldə bilər. Əsəbiləşmək yerinə ən doğru yol, mənfi cavab versəniz belə bunu nəzakətli formada etməkdir. Bu suallardan bəziləri və bir neçə təklif ...

* Yeni daxil olduğunuz qrup içində tez bir zamanda güven qazanmaq üçün nə edərsiniz?

Öz şəxsiyyət xüsusiyyətlərinizə uyğun bir cavab verin. 'Mükəmməl görünməyin' , yəni ki, həqiqətdən kənar cavab verməyin, inandırıcı olmaz.

* Sizdən daha az məlumatı və təcrübəsi olan birinin əmri ilə işləsəniz nə hiss edərdiniz?

Tələ sual! Çox diqqətli və ağıllı bir cavab vermək lazımdır. Belə bir şeyi kim istəyər ki? Əvvəlcə administratorun sizdən daha alt səviyyədə olduğunu haradan müəyyən edə bilərsiniz? Əgər kiminsə tanışlığı ilə orada işləmirsə mütləq müsbət bir xüsusiyyəti vardır. Yoxsa da, belə bir anlayışı davam etdirən bir iş yerində işin, iş anlayışınıza uyğun olmadığını ifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

* Sizin üçün ideal şirkət hansıdır? Nümunə verə bilərsiniz? Niyə?

Sizin idealınız, yüksək maaş və ildə 2 ay icazə verən bir şirkət ola bilər! Ancaq qarşı tərəfin eşitmək istədiyi budurmu? Müvəffəqiyyətli şirkətlərin nələr etdiyini gözünüzün önünə gətirin. Yaxından tanıma fürsəti tapdığınız firma varsa o zaman adını deyib misal gətirə bilərsiniz.

* Karyeranızda irəliləmək üçün ən çox nəyə ehtiyacınız var?

Motivasiya, yaxşı iş şəraiti, yoxsa bəzilərinin fürsət  verməsi? Siz öz hədəflərinizə uyğun olaraq qərar verəcəksiniz.

* Ən sevdiyiniz müdiriniz kim olub və niyə?

Məsələn belə bir cavab: "Ümumiyyətlə heç bir müdirimlə problem yaşamamışam amma xüsusilə ... şirkətindəki müdirimdən çox şey öyrəndim. Çox təcrübəli biri idi və bunu qrupuyla paylaşmağı çox yaxşı bilirdi ".