Müsahibə zamanı verə biləcəyimiz 5 narahat edici sual | Banco.az

Müsahibə zamanı verə biləcəyimiz 5 narahat edici sual

Sosial mediada mütəmadi olaraq rekruter və HR mütəxəssislər, işə qəbulun ən effektiv üsulları barəsində məlumatlar paylaşırlar. Stressi unudub, bacarıqlarımızı düzgün şəkildə ifadə etmək kimi sadə prinsiplərə riayət etdiyimiz halda yenə də əlavə biliklərə ehtiyac duyuruq.  Bəlkə də, gələcək uğurlarımızın ilk pilləsi kimi gördüyümüz işi əldə etmək üçün təkcə yaxşı CV deyil, eyni zamanda şifahi təqdimat bacarığımız da yüksək olmalıdır. Bundan əlavə müsahibə zamanı bizi maraqlandıran sualları da düzgün şəkildə ünvanlamağı bacarmalıyıq.

Müsahibə zamanı işimizə yarayacaq 5 sual:

1. Məndən əvvəlki namizəd hansı səbəbdən işdən ayrılıb?

Mütəxəssislər bu qəlibdən olan suaların dərhal deyil, daha uyğun bir vaxtda ünvanlanmasını məsləhət görür. Əgər sizdən əvvəl bu pozisiya üzrə çalışan şəxs işdən azad edilibsə və ya onunla vidalaşmağa hazırlaşırlarsa, səbəbini öyrənməyə çalışın. Bu biliklər ilk aylarda işiniz haqqında bütün detallara aydınlıq gətirə bilər.

Əgər vakansiya yeni açılıbsa, bu addımın niyə atıldığı öyrənməyə çalışın. Bundan əlavə yeni işçiyə həvalə ediləcək tapşırıqları daha əvvəl kimin yerinə yetirməsi ilə maraqlana bilərsiniz. Bu suallar sizin namizəd kimi aktiv olmanızı nümayiş etdirə bilər.

Mütəxəssislər sizdən əvvəl çalışan şəxsin aşkar edilməsi məqsədi ilə Linkedin sosial şəbəkəsindən istifadə etməyi məsləhət görür. Vakansiyanın aid olduğu şirkətin Linkedin səhifəsi mövcud olduğu halda, kimlərin və hansı zaman kəsiyində işləməsini öyrənə bilərik.

2. Müsahibənin nəticələri ilə nə zaman tanış ola bilərəm ?

İş müsahibəsi zamanı hər iki tərəfin maraqlarını əks etdirə biləcək mühitin yaradılması prioritet məsələdir. Məhz buna görə danışıqlar aparılan zaman önəm verilən əsas meyarlardan biri də dəqiq tarixlərin qeyd olunmasıdır. Çəkinmədən amma etik normalara riayət edərək; Keçirilən müsahibə nəticəsinin nə zaman bilinəcəyi ilə bağlı məlumat almaq istədiyinizi soruşun.

Əgər mühasibə zamanı potensial namizəd olaraq seçilmisinizsə , menecer (və ya HR) tərəfindən 1 həftəni keçməyən müddətdə yenidən dəvət olunacağınız qeyd ediləcək. Vakansiyaya uyğun namizədi tapıldıqda, heç bir şirkət müddəti uzadaraq onu itirmək istəmir.

3. Maaş nə qədərdir?

Aparılan araşdırılmalara görə ilk müsahibə zamanı ən çətin verilən suallardan biri vakansiya üzrə təyin edilən maaş barəsindədir. Rekruterlər məhz bu sualın dərhal verilməsinə qarşı olduqlarını bildirirlər. Çünki namizədin bu zaman elan edilən vakansiya deyil, maddi marağınının olması faktı biruzə veriləcək. Bu faktor isə onu işə götürənin gözündə lazım olan namizəd kimi görünməsini əngəlləyə bilər.

Ən sərfəli kredit üçün müraciət et

İlk müsahibədən uğurlu keçdiyiniz təqdirdə əgər maaş barəsində söz açılmırsa,  bu dəfə sizin maraqlanmanız yerinə düşər. Vakansiyaya uyğun təyin edilən büdcə və əlavə bonuslar ilə bağlı suallar verin. Bu zaman bütün maddi göstəricilərin təhvil verilən işə uyğun olaraq verilməsini faktını başa düşdüyünüzü vurğulaya bilərsiniz.

Mütəxəssislər ən son olaraq, sosial paketə aid olacaq detalları qeyd etməyinizi məsləhət görür. 

4. Əlavə iş saatları nəzərdə tutulubmu?

Müsahibə zamanı əlavə iş saatları barəsində verdiyiniz sual sizi qeyri-peşəkar və yalnız məhdud zaman kəsiyində çalışa biləcək biri kimi təqdim edə bilər. Sualı başqa tərzdə ünvanlamağa çalışın.

Şirkət daxili korporativ mədəniyyətə daha yaxşı bələd olmaq bəhanəsi ilə iş qrafiki və əlavə saatlar barəsində sual verməniz məsləhət görülür. Nəzərə alaq ki, sualınız hətta korporativ mədəniyyətə istinadən verilsə belə onu ikinci müsahibə üçün saxlamanız daha məqsədə uyğundur.

5. Bu pozisiyanın gələcək perspektivləri hansılardır?

Hələ işə götürülmədiyinizi nəzərə alsaq, onu əvəz edib daha düzgün şəkildə təqdim edə bilərsiniz.

Məsələn: Şirkətin bu vakansiya ilə bağlı gələcək planları və uyğun namizədə həvalə ediləcək detallar ilə bağlı maraqlana bilərsiniz. Siz sual əsnasında effektiv nəticələr əldə etmək istədiyinizi və bu pozisiyada əldə edə biləcəyiniz nəticələr barəsində söz aça bilərsiniz. 

Ekspertlər hər ehtimala qarşı, müsahibə üçün 2-3 sual hazırlamanızı tövsiyyə edir. Bu sizin elan edilən vakansiyaya olan marağınızın göstəricisi kimi qiymətləndirilə bilər. 

Sonda isə Banco.az olaraq sizə uyğun vakansiyanı tapdığınız halda:

  1. CV-nin düzgün tərtib edilməsinə
  2. Stressi kənara ataraq, özünüz kimi olmanıza
  3. Maksimum dərəcədə bacarıqlarınızın düzgün təqdimatına və sualların uyğun zamanda verilməsi kimi detallara önəm verməyinizi məsləhət görürük.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Ən sərfəli krediti almaq üçün müraciət et