Mühasib olmaq istəytənlərin nəzərinə! | Banco.az

Mühasib olmaq istəytənlərin nəzərinə!

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

Filialın müştəri əməliyyatlarının  normativ sənədlərə uyğunluğuna nəzarət etmək;

Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin  düzgünlüyünə nəzarət etmək;

Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqinin etmək;

Filialın möhür və ştamplarının  işçilərə təhkim olunmasına nəzarət etmək;

Filial büdcəsinin tərtib edilməsində iştirak etmək;

Kredit əməliyyatlarının uçotuna nəzarət etmək;

Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət etmək;

Filialda kassa əməliyyatlarına nəzarət etmək;

Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək;

Bankomatların inkassasiyasında bilavasitə iştirak etmək;

Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək;

Balansdankənar hesablara nəzarət etmək;

90 gündən çox faizləri hesablanmayan statusa aid edilmiş kreditlərin faizlərinə gündəlik nəzarət (hesablanması və ödənilməsi) etmək;

Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək;

Bank sirrinin qorunmasını təmin edir, bankdaxili korporativ davranış standartlarına və etik normalara riayət etmək, daim bankın imic və mənafeyini qorumaq;

Bankdaxili iş rejiminə riayət etmək, həvalə olunmuş sahə üzrə filialdaxili sənəd dövriyyəsini həyata keçirmək;

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank

ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə  nəzarət etmək;

Müştərilərə xidmətlə əlaqədar gecikmə baş verdikdə, əməliyyat sənədlərini reyestrlə müştəri xidməti işçisindən qəbul etmək, Bank ödəniş sistemində yığımını həyata keçirmək;

Müştərilərin eyniləşdirilməsi məqsədilə anketləşdirilməyə nəzarət etmək.

Namizədə qarşı tələblər:

Ali iqtisadi təhsil;

Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;

Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;

Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 dekabr 2014-cü il tarixinədə[email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mühasib) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et