Müharibə başlayandan bəri dizel qiymətləri harada daha çox artıb? | Banco.az

Müharibə başlayandan bəri dizel qiymətləri harada daha çox artıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dizel qiymətləri müharibənin təsiri ilə kəskin bahalaşıb. ABŞ-İran müharibəsinin başlamasından sonra neft tədarükü ilə bağlı narahatlıqlar qlobal yanacaq bazarlarında qiymət artımına səbəb olub.

Banco.az "Global Petrol Prices"in məlumatlarına əsaslanan araşdırma göstərir ki, 23 fevral–1 iyun tarixləri arasında bir sıra ölkələrdə dizel yanacağı əhəmiyyətli dərəcədə bahalaşıb.

Benzindən fərqli olaraq, dizel yük daşımaları, kənd təsərrüfatı, istehsal və tikinti sektorları üçün əsas yanacaq növü hesab olunur. Buna görə də onun qiymətindəki dəyişikliklər iqtisadiyyatın ümumi vəziyyətinin mühüm göstəricilərindən biridir.

Dizel qiymətlərinin ən çox artdığı 10 ölkə:

  • Laos - 149,7%

  • Fici - 110,1%

  • Myanma - 85,6%

  • Lesoto - 84,4%

  • İndoneziya - 80,1%

  • BƏƏ - 71,8%

  • Yeni Zelandiya - 70,6%

  • Peru - 64,5%

  • Malayziya - 62,9%

  • Tanzaniya - 60,4%

Məlumatlar göstərir ki, qiymət artımları ölkələr üzrə fərqli olub. Bir sıra Avropa ölkələrində artım nisbətən məhdud qalsa da, Asiya, Afrika və Okeaniyada daha kəskin bahalaşma müşahidə edilib. Bunun əsas səbəbləri arasında dövlət subsidiyaları, qiymət tənzimləmələri və yerli enerji istehsalının səviyyəsi göstərilir.

Bunun əksinə olaraq, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Əlcəzair kimi bəzi neft istehsalçısı ölkələrdə dizel qiymətlərində ciddi artım qeydə alınmayıb.

Dizel qiymətlərinin artması nəqliyyat, logistika, kənd təsərrüfatı və tikinti xərclərini yüksəldir. Bu isə son nəticədə məhsul və xidmətlərin qiymətinə təsir edərək inflyasiya təzyiqlərini artırır. Buna görə də enerji bazarlarında baş verən dəyişikliklər iqtisadiyyatın bir çox sahəsi üçün vacib göstərici hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram