“Muğan Bank” 9 ayı mənfəətlə başa vurub | Banco.az

“Muğan Bank” 9 ayı mənfəətlə başa vurub

“Muğan Bank” ASC 2018-ci ilin 9 ayını 650 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, cari ilin 6 ayını 2 milyon 774 min manat xalis zərər ilə bağlamışdı.

2018-ci ilin yanvar-sentyabr aylarında “Muğan Bank”ın cəmi gəlirləri 43 milyon 69 min manat (30 milyon 185 min manatı faiz, 12 milyon 884 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 42 milyon 419 min manat təşkil edib. Cəmi xərclərin 18 milyon 786 min manatını faiz xərcləri, 4 milyon 297 min manatını ehtiyatlara ayırma, 1 milyon 794 min manatını komission və qeyri faiz xərcləri, 10 milyon 642 min manatını işçı heyətini saxlanılması xərcləri, 6 milyon 900 minmanatını ümumi administrativ və sair əməliyyat xərcləri təşkil edib.

Cəmi xərclər cəmi gəlirlərdən çıxıldıqdan sonra Bank 650 min manat xalis mənfəət əldə edib. Müqayisə üçün qeyd edək ki, “Muğan Bank” ASC 2017-ci ilin 9 ayını 4 milyon 627 min manat zərər ilə başa vurmuşdu.

"Muğan Bank"ın mənfəətə çıxmasının səbəbləri komission və qeyri faiz gəlirlərinin təxminən 2 dəfə artması, ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyatlara ayırmanın (xərc) isə 4 dəfəyə yaxın azalmasıdır. Ötən ilin 9 ayında 5 milyon 691 min manat təşkil etmiş komission və qeyri faiz gəlirləri cari ilin eyni dövründə 10 milyon 974 min manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

9 ay ərzində “MuğanBank” gəlirlərinin 4 milyon 297 min manatını kreditlər üzrə ehtiyyatların yaradılmasına ayırıb.“MuğanBank” ötən ilin eyni dövründə 16 milyon 466 min manatı kreditlər üzrə ehtiyyatların yaradılması üçün ayırmışdı. Ayırmanın azalması Bankda problemli kreditlərin artmasının səngidiyinə işarədir.

Marja.az