"Müəyyən bankların bağlanması problemli kreditlərin payını azaldıb" | Banco.az

"Müəyyən bankların bağlanması problemli kreditlərin payını azaldıb"

Problemli kreditlərin son 6 ilin minimumuna enməsi "Atabank", "NBCBank", "Əmrahbank" və "AGBank"ın bağlanması və ümumi stabilliyin artması ilə bağlıdır.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında  Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, sözügedən banklarda problemli kreditlərin yüksək konsentrasiyası sektor üzrə orta göstəriciyə pis təsir edirdi: "Digər tərəfdən, bizim daha bədbin proqnozlarımıza rəğmən bank sektorunun portfeli ilin axırına daha sağlam qaldı".

Qeyd edək ki, yanvar ayının 1-nə ölkədə problemli kreditlərin ümumi kredit portfelindəki payı 6,15% təşkil edib. Bu göstərici 2015-ci ilin aprel ayından bəri (6,1%) ən aşağı göstəricidir. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram