Müdrik insanlar nə üçün tənhalığı seçirlər? | Banco.az

Müdrik insanlar nə üçün tənhalığı seçirlər?

İnsanların yaradılış etibarilə sosial varlıqlar olması mübahisəyə açıq mövzu deyildir. Sosiallaşmağın bizə xoşbəxlik bəxş etməsi hər kəs tərəfindən qəbul edilən bir şey olsa da, müdrik insanlar üçün eyni şeyi demək mümkün deyil!

Sinqapur Menecment UniversitetiLondon İqtisadiyyat Məktəbinin 15 000 gənc üzərində apardığı araşdırmanın nəticələrinə əsasən insanlar əsasən sosiallaşmaqdan məmnunluq duyurlar, lakin müdrik insanlar üçün vəziyyət bir qədər fərqlidir. Araşdırma bunun səbəbinin “təkamül” ola biləcəyini bildirir. Müdrik insanlar olduqları mühitə asanlıqla uyğunlaşa bildikləri üçün yaxın dostluqlar qurmağa ehtiyac duymurlar. Daha doğrusu bir wi-fi şifrəsi və portativ batareya hal-hazırda bu şəraiti onlar üçün yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Mövzu ilə əlaqədər başqa bir nəzəriyyədə isə deyilir ki, müdrik insanlar sosiallaşmaq əvəzinə öz hədəflərinə çatmaq üçün daha çox çalışmağa üstünlük verirlər.

Müdrik insanların öz yaşıdları ilə ünsiyyətdə olmaları onlara xoşbəxtlik gətirməsə də, onlar sosiallaşmaq üçün daha çox vaxt sərf edirlər.

Tamara Mustafayeva, Banco.az