Müdirinizin sizi sevmədiyini göstərən 5 işarə | Banco.az

Müdirinizin sizi sevmədiyini göstərən 5 işarə

Müdirinizlə aranız necədir?

Sizin onun haqqında düşündüyünüz kimi, onun da sizin haqqınızda düşündüyünü unutmayın. Bəs heç müdirinizin sizi sevmədiyini düşünmüzsünüzmü?

Sizə müdirlərin işçilərini sevmədikləri zamanı nümayiş etdirdikləri 5 əsas davranış tipini təqdim edirik.

Oxuyun və yoxlayın. Bəlkə sizin də müdiriniz sizi sevmir :)

1 - Göz təmasından çəkinmək

Müdiriniz digər işçilərindən fərqli olaraq, sizinlə ünsiyyət zamanı göz təması qurmursa, deməli burda nəsə bir iş var. Deməli sizi sevmədiyini göstərəcək qədər onun xoşuna gəlmirsiniz.

2 - Gördüyünüz işlərə daima düzəliş tələbi

Hazırladığınız işi bəyənmir və həmişə bir bəhanə ilə onu geri göndərirsə, deməli əslində sizin öz istəyinizlə işdən xaric olmağınızı istəyir. Ona görə də sizin üçün gərgin şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

3 - Sizi "yola vermək"

El arasında istifadə etdiyimiz "yola vermək" tam bu məsəldə yerinə düşür. Belə ki, suallarınıza, təkliflərinizə qısa və laqeyd cavablarla yanaşırsa, deməli yenə nəsə yolunda deyil.

4- Ən çətin və mənasız işlərlə yüklənmək

"O, bu işi görər" deyib, həmişə bu tip işləri sizə verirsə, deməli müdirin hədəf oxundasınız. Ya həmin işi görməkdən imtina edib dalaşacaqsınız, ya da məcbur qalıb bu işləri görməli olacaqsınız. Bunun başqa yolu yoxdur.

5- Geri dönməmək və ya çox gec dönmək

E-mail yazırsınız, ya gec cavab verir, ya da ümumiyyətlə cavab vermir. Bu məsələni onunla danışdıqda da həmişə eyni cavabları verirsə, deməli müdiriniz sizi çox da ciddi qəbul etmir.