Mövcud gəlirini idarə edə bilmək üçün 5 addım | Banco.az

Mövcud gəlirini idarə edə bilmək üçün 5 addım

Maddi çətinlikdən çıxış yolunu axtarmazdan əvvəl, mövcud maddi vəziyyəti idarə etməyi öyrənmək lazımdır.

Tural Mehtiyevin Linkedin-də gəlirin idarə edilməsi ilə bağlı yazdığı postu paylaşırıq.

Pul qazanmaq çətindir. Pulu idarə etmək isə, ondan da çətindir. Borcun altında batırsansa, deməli sən mövcud gəlirini idarə edə bilmirsən.

Bu vəziyyətdə aşağıdakı 5 addım sənə kömək edə bilər:

1. Maaş günü hisslərini idarə etməyi bacar.

Bankomatın qabağında yatma. Xərcləməyə tələsmə. Bir iki gün gözlə.

2. Xərclərini 2 qrupa böl

Ehtiyaclar (ərzaq, kommunal, dərman və.s) və İstəklər (kreditə maşın, yeni paltar, təzə model iphone və.s). Əvvəlcə ehtiyaclarını həll et, sonra qalan pulnan istəklərini edərsən. Kiminsə toyuna gedib 100 manat yazılmaq ehtiyac deyil. Heç vacib də deyil. Bu, istəkdir.

Ən sərfəli kredit üçün müraciət et

3. Maaşının ən azı 20% ni kənara atmalısan.

Ya bankda və ya yastıq altında fərq etməz. Əsas odur ki, kənara pul qoymağı vərdiş edəsən.

4. Gəlirini və xərclərini bilməlisən.

Hara nə qədər pul xərclədiyini görsən, borcunun əksəriyyətinin lazımsız xərclərdən yarandığını anlayacaqsan.

5. Əlindəki puldan pul yaratmağa çalış. Gələn kimi lazımsız şeylərə xərcləməyə yox. 

Əgər yuxardakılardan heçnə başa düşmədinsə, deməli universiteti pulnan bitirmisən. Mütləq maliyyə və satış kurslarına yazıl və pulu idarə etməyi öyrən :)

Moneta.az 

Ən sərfəli krediti almaq üçün müraciət et