Müəllif: Gülnar Əhmədli, Banco.az
Gündəlik həyatımızda baxdığımız bir film, oxuduğumuz bir kitab və ya o gün dinlədiyimiz bir mahnı, o an içində olduğumuz monotonluğu aradan qaldıracaq təsirli bir hərəkətverici qüvvə və ya bir qığılcım ola bilər. Bu məqalədə sizə motivasiya verəcək, həyatınıza müsbət təsir göstərə biləcək 7 filmi bir araya toplamışıq.
1. Moneyball (IMDb: 7.6)
Bennett Millerin rejisoru olduğu və "Columbia Pictures" tərəfindən yayımlanan 2011-ci il istehsallı bioqrafik dram-idman filmidir. Film yazıçı Maykl Lyuisin 2003-cü ildə yazılmış eyniadlı kitabı əsasında çəkilib.
2. Whiplash (IMDb: 8.5)
Whiplash 2014-cü ildə çəkilmiş Amerikan dram filmidir. "Whiplash" gənc musiqiçinin uğur hekayəsindən bəhs edir.
3. The Boy Who Harnessed The Wind (IMDb: 9.2)
"The Boy Who Who Harnessed the Wind" 2019-cu ildə Böyük Britaniyada çəkilmiş dramatik filmdir. Yazıçı və rejissoru Çivetel Eciofor olan əsər Uilyam Kamkvamba adlı malavi ixtiraçının həyatından bəhs edir. 2019-cu ildə "Sundance Film Festivalı"nda premyerası olan film "Netflix" tərəfindən ərsəyə gətirilib.
4. The Theory of Everything (IMDb: 7.7)
"Hər şeyin nəzəriyyəsi" (The Theory of Everything) fizik Stiven Hokinqin həyatından bəhs edir. 2014-cü ildə nümayiş olunan Britaniya dram-bioqrafiya filmidir.
5. The Social Network (IMDb: 7.7)
"Sosial şəbəkə" (The Social Network) 2010-cu il istehsalı ABŞ bioqrafiya və dram filmidir. Film Mark Zukerberq və Eduardo Saverinin "Facebook"u qurmalarından bəhs edir.
6. The Founder (IMDb: 7.2)
Qurucu (The Founder) Con Lee Hankok və Robert Siql tərəfindən yazılan 2016-cı ilin Amerika bioqrafik dram filmidir. Maykl Kitonun iş adamı Rey Krok rolunda oynadığı film "McDonald's" fəst-fud restoran şəbəkəsini yaratmasından bəhs edir.
7. The Pursuit of Happyness (IMDb: 8.6)
"The Pursuit of Happynes" rejissor Qabriel Muççino tərəfindən çəkilmiş Amerika dram filmidir. Kris Qardnerin tərcümeyi-halı olan filmdə Qardneri Vill Smit canlandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!