Müəllif: Tamara Mustafayeva, Banco.az
“Moody's” kriptovalyuta ticarət platforması olan “Coinbase”in reytinqini neqativ fazaya keçirib.
Banco.az xəbər verir ki, “Moody's” beynəlxalq kredit reytinq agentliyi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məhkəmə işi açdığı “Coinbase”in reytingini mənfiyə çevirdiyini açıqlayıb.
Açıqlamada qeyd edilib ki, “Coinbase”in reytinqindəki dəyişiklik SEC-in ittihamlarının kriptovalyuta ticarət platformasının biznes modelinə və pul axınına təsirinin qeyri-müəyyənliyini əks etdirir.
Xatırladaq ki, həftənin əvvəlində SEC qiymətli kağızlar haqqında müxtəlif qanun pozuntularına görə kriptovalyuta birjası “Binance”i, çərşənbə axşamı isə “Coinbase”i məhkəməyə verdiyini elan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!