"Moody's" İsrailin kredit reytinqini aşağı salıb | Banco.az

"Moody's" İsrailin kredit reytinqini aşağı salıb

Müəllif:Mehin Qasımova/Banco.az

Beynəlxalq kredit reytinq agentliyi Moody's, İsrailin kredit reytinqini "A1"dən "A2"yə endirib.

Banco.az xəbər verir ki, bu barədə reytinq agentliyinin rəsmi səhifəsində qeyd edilib.

Açıqlamada, İsrailin xarici və yerli valyutada kredit reytinqinin "A1"dən "A2"yə endirildiyi, kredit reytinqinin proqnozunun isə mənfi olaraq dəyişdirildiyi bildirilib.

Kredit reytinqi agentliyinin bəyanatında reytinqin aşağı salınmasının əsas səbəbi kimi davam edən hərbi münaqişə və onun daha geniş nəticələri göstərilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram