Moody’s Bank of Baku-nun reytinqini təsdiqləyib | Banco.az

Moody’s Bank of Baku-nun reytinqini təsdiqləyib

Moody's Ratings (Moody's) bu gün Bank of Baku ASC-nin (Bank of Baku) uzunmüddətli yerli və xarici valyutada depozit reytinqlərini B1 səviyyəsində təsdiqləyib.

Banco.az agentliyə istinadən xəbər verir ki, bu reytinqlər üzrə proqnoz stabil olaraq qalır.

Eyni zamanda, agentlik bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessment) b1 səviyyəsində təsdiqləyib.
Bank of Baku-nun BCA və Adjustment BCA-nın b1 səviyyəsində təsdiqlənməsi bankın son illərdə aktiv keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdığını əks etdirir.

Son illər ərzində bank risklərin idarə edilməsini əhəmiyyətli dərəcədə gücləndirib. Bank of Baku-nun problemli kreditlərinin payı son illərdə əsaslı şəkildə yaxşılaşaraq 2024-cü ilin sonundakı 8%-dən 2020-ci ilin sonunda 2,6%-ə yüksəlib.

2024-cü ilin sonuna müştəri depozitləri bankın ümumi öhdəliklərinin 76%-ni təşkil edib. Həmçinin, ipoteka kreditlərinin maliyyələşdirilməsi və sahibkarların dəstəklənməsi üçün istifadə edilən uzunmüddətli dövlət vəsaitlərinin daxil olduğu bazar fondları bankın maddi bank aktivlərinin 15%-ni təşkil edib.

Bank of Baku-nun uzunmüddətli depozit reytinqləri üzrə sabit proqnoz, bankın növbəti 12-18 ay ərzində möhkəm kredit göstəricilərini saxlayacağına dair gözləntilərimizi əks etdirir”, - agentlik qeyd edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram