"Moody's" Azərbaycanın reytinqini eyni səviyyədə saxlayıb | Banco.az

"Moody's" Azərbaycanın reytinqini eyni səviyyədə saxlayıb

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib. 

"Moody's"ə istinadən xəbər verilir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" səviyyədə saxlanılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil"də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et