“Moody’s” Azərbaycanın reytinqini dəyişdirdi | Banco.az

“Moody’s” Azərbaycanın reytinqini dəyişdirdi

Agentlik 2017-ci ildə ölkənin ÜDM-nin artımını proqnozlaşdırır.

“Moody’s İnvestors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının və emitentinin reytinqlərini dəyişdirərək “Ba1” səvuyyəsində müəyyən edib.

Oxu.Az Trend agentliyinə istinadən xəbər verir ki, “Moody’s İnvestors Service” Azərbaycanda ÜDM-nin artımının 2015-ci ildə gözlənilən 2,8 faizə nisbətdə 2016-cı ildə 0,7 faiz təşkil edəcəyini proqnozlaşdırıb. Proqnozlara görə, 2017-ci ildə ÜDM-nin artımı təxminən 1% olacaq və sonrakı illərdə artım davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Daha öncə Standard & Poor's reytinq agentliyi proqnozlarını dərc edərək, 2017-ci ildə Azərbaycanda ÜDM artımının 2% olacağını bildirmişdi. Həmin agentliyə görə, bu göstərici 2018-ci ildə 4%, 2019-cu ildə isə 4,5% təşkil edəcək.