​"Moody's" agentliyi bir neçə bankın reytinqini zəiflədib | Banco.az

​"Moody's" agentliyi bir neçə bankın reytinqini zəiflədib

Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının uzunmüddətli borc reytinqi üzrə proqnozunu "pozitiv"dən "stabil"ə dəyişib. Bu, Azərbaycan Beynəlxalq Bankı "Bank Respublika" ASC-dir.

"Report" xəbər verir ki, buna səbəb olaraq isə Azərbaycanda çətinləşən əməliyyat mühiti və banklara olan maliyyə təzyiqi göstərilib.

Ötən gün reytinq agentliyi Azərbaycandakı 6 kommersiya bankı üzrə risk qiymətləndirməsinin nəticələrini açıqlayıb. Belə ki, Azərbaycan Beynəlxalq Bankının reytinqi "Ba2",  "Bank VTB (Azerbaijan)"ın reytinqi "Ba3", "Bank Respublika" və "Xalq Bank"da - "B1" səviyyəsində təsdiqlənib.

Bundan başqa, öz biznes maraqlarını nəzərə alaraq Agentlik Azərbaycan Beynəlxalq Bankının subordinasiya olunan borclar üzrə reytinqini müəyyənləşdirməkdən imtina edib.

Proqnozu aşağı salınan hər üç bank üçün "Moody's" agentliyi "Spesifik bank amilləri"ni açıqlayıb.

ABB-nin reytinqi üzrə proqnozun aşağı salınmasına səbəb manatın devalvasiyasından sonra Bankın rekapitalizasiya həyata keçirərək valyuta məzənnəsinin dəyişməsindən əmələ gələn kapital itkisini örtmək cəhdləridir. Agentlik qeyd edib ki, Mərkəzi Bank tərəfindən ABB-yə fevralın 27-də 250 mln. manat həcmində kapital dəstəyi verilib. Bununla da Bankın kapitalının adekvatlıq əmsalı 2015-ci il aprelin 1-nə 12,02%-ə yüksəlib. Səhmdarlar tərəfindən təsdiq olunan 100 mln. manat həcmində kapitalın cəlb edilməsi prosesində 51 mln. manat Maliyyə Nazirliyitərəfindən mart ayında ödənilib. Kapitala daha bir əlavə səhmdarlar tərəfindən 200 mln. manat həcmində təsdiqlənib və bu ilin sonunda həyata keçiriləcək. Agentlik hesab edir ki, Bankın kapitalına verilən dəstək neqativ hallarda yetərli bufer rolu oynayacaq. Lakin, bankın reytinqi aktivlərin pisləşməsi, tək adama böyük kreditlərin verilməsi, rentabelliyin aşağı olması səbəbindən təzyiq altındadır.

Ən sərfəli kredit üçün müraciət et

"Bank Respublika"nın proqnozunun aşağı salınması və reytinqə olan təzyiqlər əsasən yüksək depozit portfeli və valyuta risklərinin çox olması səbəbi ilə bağlıdır. Bununla yanaşı, Bankın aktivlərinin də pisləşməsi gözlənilir.

"Bank Respublika"da vaxtı keçmiş (90 gündən artıq) kreditlərin əmsalı ən aşağı həddə olub: 2013-cü ilin sonuna - 0,5%, 2014-cü ilin sonuna - 1,2%. Kreditlərin keyfiyyəti isə diversifikasiya edilərək artırılıb. Buna baxmayaraq, 2014-cü ilin sonuna 44%-ə çatan valyuta kreditləri Bankın devalvasiyadan sonra risklərini artırıb. Agentlik 2015-ci ilin sonuna kredit xərclərinin 4,5%-ə çatacağını proqnozlaşdırır. İlk rübdə kapitalın adekvatlılıq əmsalı 18,5% olub.

Ən sərfəli krediti almaq üçün müraciət et