"Moody's" ABŞ banklarının reytinqini aşağı salıb | Banco.az

"Moody's" ABŞ banklarının reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” ABŞ-dakı 10 sayda kiçik və orta bankın reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, “Moody's” beynəlxalq kredit reytinq agentliyi Amerikada fəaliyyət göstərən 10 kiçik və orta bankın reytinqini aşağı salıb.

Reytinqi aşağı salınan banklara “M&T Bank Corp.”, “Webster Financial Corp.”, “BOK Financial Corp.”, “Old National Bancorp”, “Pinnacle Financial Partners Inc.” və “Fulton Financial Corp.” bankları daxildir.

Agentlik analoji qərarın həmçinin “U.S. Bancorp”, “Bank of New York Mellon Corp.”, “State Street Corp.”, ve “Truist Financial Corp.” kimi iri banklar üçün də verilmə ehtimalı olduğunu qeyd edib.

“Moody's” reytinqin aşağı salınması qərarına əsas səbəb olaraq artan borclanma xərclərini, mümkün tənzimləyici kapital çatışmazlığını və ofis sahəsinə tələbatın zəifləməsi ilə əlaqədar kommersiya daşınmaz əmlak kreditləri ilə bağlı artan riskləri göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et