Maliyyə analitiklərinin fikrincə, Çinin maliyyə gücü yaxın illərdə azalacaq, iqtisadiyyatdakı borc isə artacaq
Beynəlxalq Reytinq agentliyi, Moody's Investors Service 1989-cu ildən bəri, ilk dəfə Çinin kredit reytinqini endirib, həmçinin onun suveren reytinq üzrə proqnozunu, neqativdən stabilə dəyişib. Bu barədə agentliyin məlumatda deyilir.
Moody's Çinin xarici və milli valyutada uzunmüddətli reytinqini «Аа3»-dən «A1-ə endirib, reytinq üzrə proqnozu isə neqativdən stabilə dəyişib. Məlumat mayın 24-dən agentliyin saytında dərc olunub.
Maliyyə analitiklərinin fikrincə, ÜDM-in artım tempinin zəifləməsi səbəbindən, Çinin maliyyə gücü yaxın illərdə azalacaq, iqtisadiyyatdakı borc payı isə artacaq. “İslahatlarda davam edən proqres, uzun müddət ərzinə iqtisadiyyatı və maliyyəni transformasiya etməyə imkan verib, amma çətin ki onlar gələcəkdə də iqtisadiyyatdakı borclanmanın böyüməsinin qarşısını almağa imkan versin” – press relizdə qeyd olunur.
Moody's proqnozlaşdırır ki, 2018-ci ildə, ÜDM-də dövlət borcunun səviyyəsi, 40%-ə çatacaq, 2020-də isə bu rəqəm 45% civarında olacaq.
Könül Soltanova, Banco.az