Monero nədir? - Bitcoin-dən üstünlüyü və qiyməti | Banco.az

Monero nədir? - Bitcoin-dən üstünlüyü və qiyməti

Monero sürəti, məxfiliyi və təhlükəsizliyi ilə önə çıxan kriptovalyutadır. Digər kriptovalyutalardan fərqli olaraq Monero-da istifadəçilər bir növ özləri özlərinin bankıdır. Monero-da təhlükəsiz əməliyyat və xərcləmə reallaşdıra bilərsiniz.

Monero ən köhnə altcoinlərdən hesab olunur. İnfrastrukturunda “CryptoNote” adlı protokoldan istifadə edilən Monero 2014-cü ilin may ayında çıxarılıb.

Monero da mədənçilik əsaslıdır. Ancaq burada tək mədənçilik etmək mümkün deyil. Bunun üçün mədənçilik hovuzlarına qoşulmaq lazımdır. Mədənçilik hovuzlarında mədənçilər bir araya gələrək hash güclərini birləşdirir və blok açmaq üçün çalışırlar. “CryptoNight” alqoritmi ilə həm GPU, həm də CPU-larda istifadəçilərə bərabər mədənçilik şansları təqdim olunur. Digər tərəfdən, bu alqoritm mədənçiliyi mərkəzləşdirilmiş hala gətirə bilən xüsusi hazırlanmış avadanlığın qarşısını alır.

Monero-nun kodu tamamilə sıfırdan hazırlanıb. İndiyədək 240 tərtibatçı Monero-ya xidmət göstərib. Monero-da əməliyyatlarınız gizli saxlanılır. Bunu “Kovri” layihəsi tənzimləyir. Layihə I2P (Görünməz İnternet Layihəsi) node-ları ilə əməliyyatları şifrələyib yönləndirir və şəbəkənin sizi izləməsinə mane olur.

Monero = təhlükəsizlik. Monero mərkəzsiz olmasına görə təhlükəsiz rəqəmsal valyutadır. Monero-da paylanmış konsensus vasitəsilə təsdiqlənən əməliyyatlar dəyişdirilməz formada blockchain-də qeydə alınır.

Monero-da bütün əməliyyatların çıxış nöqtəsini məbləği və təyinatını gizlətmək üçün ictimai imzalar, gizli halqa əməliyyatları və gizli ünvanlardan istifadə olunur. Qrupda hamı imza atmaq səlahiyyətinə malik olsa da, bunu edənin kimliyi gizli saxlanılır. Beləliklə, bu baxımdan Monero çox fərqlidir.

Monero-da qəbul edilən qaydalar ünvanı, məbləği və alıcının digər məlumatlarını gizli saxlamağa əsaslanıb. Monero blockchain-indəki əməliyyatlar müəyyən istifadəçi ilə əlaqələndirilmir.

Bitcoin-dən fərqli olaraq Monero coinini başqasından ayırmaq mümkün deyil. Çünki Monero-da əməliyyatların izlənilməsi olmur. O, bu baxımdan qızıla çox yaxındır. Keçmiş əməliyyatlara daxil olmaq mümkün olmadığı üçün hər hanı birja və ya satıcı Monero-nu qara siyahıya əlavə edə bilməz.

Monero bu il yanvarın 7-də 467 dollara yüksələrək özünün ən böyük göstəricisinə imza atdı. Hazırda isə 246 dollardır. Bazar dəyəri 3,597 milyard dollar təşkil edir. Bu baxımdan 12-ci ən böyük kriptovalyutadır. Monero-nun böyük artım potensialı var.

Ən sərfəli kredit üçün müraciət et

Haradan almaq olar?

Monero-nu ən böyük kriptovalyuta birjası olan “Binance”-dan satın almaq mümkündür.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az