Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin avqust ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (398.51 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Qətər (344.34 Mbps) ikinci, Küveyt (239.83 Mbps) üçüncü olub.
111 ölkə arasında sonuncu yerdə Yəmən (7.91 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 45-ci (55.14 Mbps) olub.
Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Avqust, 2024):
- BƏƏ – 398.51 Mbps
- Qətər – 344.34 Mbps
- Küveyt – 239.83 Mbps
- Cənubi Koreya – 141.23 Mbps
- Niderland – 133.44 Mbps
- Danimarka – 130.05 Mbps
- Norveç – 128.77 Mbps
- Səudiyyə Ərəbistanı – 122.28 Mbps
- Bolqarıstan – 117.24 Mbps
- Lüksemburq – 114.42 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!