Müəllif - Aida İsaq, Banco.az
Missisipi çayında suyun səviyyəsi rekord hədddə aşağıya düşüb. Banco.az xəbər verir ki, bu barjaların quruya çıxmasına səbəb olur və nəticədə Amerika ixracatını ləngidir. Sözügedən çay ərzaq, taxta, kömür və polad daşınmalarının dünya bazarlarına çıxmasını təmin edir.
Missisipinin quruması fermerləri alternativlər axtarmağa məcbur edir. Məsələn, Körfəz sahilində dəmir yolu ilə soya daşınması və ya Qərb Sahilindəki uzaq limanlar vasitəsilə malların daşınması. Bu isə istər-istəməz dünya ərzaq qiymətlərinə təzyiqi artıracaq. Noyabrın ilk həftəsində bir ton soya paxlasının Sent-Luisdən barjla daşınması 80,12 dollara başa gəlib. Bu isə əvvəlki illə müqayisədə təxminən 400 faiz çoxdur.
Ümumilikdə su səviyyəsinin rekord hədddə aşağıya düşməsi 20 milyard dollar zərərə gətirib çıxara bilər. Missisipi və ona axan çaylar boyunca hər il trilyon funtdan çox yük daşınır.
Bizi sosial şəbəkələrdən izləyin!!