Mir Camal Paşayev. PAŞA Bankın yeni Müşahidə Şurasını Sədrini yaxından tanıyaq | Banco.az

Mir Camal Paşayev. PAŞA Bankın yeni Müşahidə Şurasını Sədrini yaxından tanıyaq

Mir Camal Hafiz oğlu Paşayev 1970-ci ildə anadan olub. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1993-cü ildə isə bu fakültəni bitirib. M.Paşayev 1994-cü ildə Kaliforniya Universitetinin mühəndislik fakültəsinə qəbul olunub və təhsilini bitirdikdən sonra 1996-cı ildə magistr dərəcəsinə yiyələnib. 

1996-1998-ci illərdə Vaşinqton şəhərindəki Amerika Universitetinin biznes məktəbində təhsilini davam etdirən Mir Camal Paşayev daha bir magistr diplomu alıb. 

1999-cu ildən 2000-ci ilə kimi Azərbaycan Milli Bankında baş ekspert vəzifəsində çalışıb. 2000-2005-ci illər ərzində Avropa Yenidənqurma və İnkişaf Bankında işləyib və maliyyə analitiki vəzifəsindən infrastruktur layihələr üzrə aparıcı bankir vəzifəsinə yüksəlib. 

2005-ci ildən başlayaraq M.Paşayev maliyyə sahəsində, həmçinin infrastruktur və telekommunikasiya sahələrində iri investisiya layihələri üzrə müşavir kimi fəaliyyət göstərib. 2007-ci ilin may ayından "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ilin iyun ayının 7-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Mir Camal Paşayev adıçəkilən bankın Müşahidə Şurasının yeni sədri seçilib. Bu ilin iyunun 7-də isə onu bu vəzifədə "Unibank" ASC-nin sabiq icraçı direktoru Cəlal Qasımov əvəzləyib.

2015-ci ilin iyul ayının 3-də "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının sədri təyin olunub.