Miqrant axını bu ölkənin iqtisadiyyatını dirçəldə bilər | Banco.az

Miqrant axını bu ölkənin iqtisadiyyatını dirçəldə bilər

Müəllif - Aida İsaq, Banco.az

Finlandiya iqtisadiyyatı əmək bazarında dinamikanın yüksəlməsi və ölkəyə kütləvi miqrant axını fonunda inkişaf edə bilər. 

Banco.az xəbər verir ki, bunu İqtisadi Tədqiqatlar Pellervo İnstitutunun ekspertləri bildirib. İnstitut növbəti 20 il üçün proqnozunda Finlandiyanın illik iqtisadi artımının 2023-2033-cü illər arasında 1% səviyyəsində qalacağını, lakin sonradan 2,7%-ə yüksələ biləcəyini qeyd edib. Bu mənfi tendensiya firmaları istehsala sərmayə qoymağa təşviq edə bilər. Nəticədə əmək bazarında dinamikanın yüksəlməsi müşahidə olunar. Bununla yanaşı, immiqrasiya nisbəti, bu halda, ildə 25 min nəfər səviyyəsində olmalıdır.

İnstitutun baş direktoru Markus Lahtinenin sözlərinə görə, Finlandiya səhvlərdən dərs aldığı üçün 2033-cü ildən sonra iqtisadiyyatda müsbət irəliləyişlər müşahidə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram