Minsk Bakı ilə neft əməkdaşlığını dərinləşdirmək niyyətindədir | Banco.az

Minsk Bakı ilə neft əməkdaşlığını dərinləşdirmək niyyətindədir

Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə günü Azərbaycan lideri İlham Əliyev ilə danışıqlar zamanı iki ölkənin neft tədarükü sahəsində əməkdaşlığını dərinləşdirməyi təklif edib.

“Məhz bu sahədə münasibətlərin dərinləşməsi məsələsini yəqin ki, bir qədər nəzərdən keçirməliyik. Bu çox incə və ehtiyatlı məsələdir, çünki Belarus iqtisadi və siyasi hadisələrin mərkəzində yerləşir. Buna baxmayaraq, həll olunmayacaq məsələlər yoxdur”, - Lukaşenko bildirib.

O, neft tədarükü sahəsində Belarusu dəstəklədiyinə görə Azərbaycan liderinə minnətdarlığını bildirib.

Öz növbəsində, Əliyev qeyd edib ki, iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlıq, həm siyasi, həm də iqisadi sahələrdə uğurla inkişaf edir. “Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır. Bu, sıx siyasi əlaqələr, ölkələr arasında yüksk etimad səviyyəsi və nəticəyə yönəlməkdən xəbər verir”, - Əliyev bəyan edib

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et