Minimum əməkhaqqının artımı ilə əlavə 150-200 milyon manat vergi və sığorta haqqı yığılacaq | Banco.az

Minimum əməkhaqqının artımı ilə əlavə 150-200 milyon manat vergi və sığorta haqqı yığılacaq

Azərbaycanda minimum əməkhaqqının artırılması nəticəsində qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq.

Bu, Milli Məclisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının artırılması barədə sərəncamına dair hazırladığı arayışda qeyd edilib.

Arayışa görə, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılmasına sağlam təsir göstərəcək:

Ən sərfəli kredit üçün müraciət et

“Eyni zamanda, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir.

Minimum əməkhaqqının artımı nəticəsində ölkədə vergi və sığorta yığımları 150-200 milyon manat artacaq".

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et