Minimum əmək haqqı bu tarixdən artırıla bilər – AÇIQLAMA | Banco.az

Minimum əmək haqqı bu tarixdən artırıla bilər – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Minimum əmək haqqının artırılmasına dair qarşıdakı aylarda qərarın veriləcəyini gözləmək olar”.

Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu məsələ ilə bağlı təkliflər rəsmi məlumata görə noyabrın 1-ə qədər təqdim olunmalıdır:
“Nə qədər artırılacağına dair heç bir məlumat olmasa da, ötən illərin artım dinamikasını təhlil etsək, təxminən 16% ətrafında bir artım daha realdır.
Beləki, 2022-ci ilin 1 yanvarında minimum əmək haqqı 20% artırılaraq 250 manatdan 300 manata çatdırıldı. 2023-cü ilin 1 yanvarından isə 15% artırılıb 345 manata çatdı. 2024-cü ildə artım olmadığı üçün 2025-ci ilin 1 yanvarından minimum əmək haqqının 400 manata çatdırılmasını gözləmək olar. Bu isə 16%-li bir artım deməkdir”. 
Ekspert qeyd edib ki, minimum əməkhaqqı artırılan zaman bununla əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında artırılır:

“İşçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar”.