Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? | Banco.az

Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqqların məbləğində dəyişikliklər də baş verdi.

Banco.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov-un məlumatına görə, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Belə ki, sosial haqqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.

Müraciətlərin sayını nəzərə alaraq bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğlərini təqdim edirik.

Bakı şəhəri üzrə:

  • Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 172.5 manat
  • Digər sahələrdə çalışan sahibkalrar- 86.25 manat
  • Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:
  • Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 155.25 manat
  • Digər sahələrdə çalışan sahibkalrar- 77.62 manat

Digər şəhərlərdə çalışanlar üçün:

  • Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138.0 manat
  • Digər sahələrdə çalışan sahibkalrar- 69.0 manat
  • Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:
  • Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 103.5 manat
  • Digər sahələrdə çalışan sahibkalrar- 51.75 manat

Kənd yerlərində:

Ən sərfəli kredit üçün müraciət et

  • Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 86.25
  • Digər sahələrdə çalışan sahibkalrar- 43.12 manat
  • Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında dəyişikliklər olacaq.
  • Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 17.25 manat
  • Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 17.25 manat
  • Çəkməçi, pinəçi – 10.35 manat
  • Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – 10.35 manat
  • Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – 10.35 manat
  • Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – 10.35 manat
  • Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat
  • Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et