Minik avtomobillərinin gömrükdə bəyan edilməsi elektronlaşdırıla bilər | Banco.az

Minik avtomobillərinin gömrükdə bəyan edilməsi elektronlaşdırıla bilər

Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.

Bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Avtomobillərə "Avro-4" standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil", - deyə o qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et