Milyarderlərin 6 ay üzrə gəlir və itkiləri açıqlandı | Banco.az

Milyarderlərin 6 ay üzrə gəlir və itkiləri açıqlandı

2017-ci ilin birinci yarısında Rusiya milyarderlərinin birgə sərvət 74 milyon dollar azalıb. 

Bu barədə “Bloomberg Billionaires Index” reytinqində qeyd edilib. 

Bildirilir ki,  “Severstal”ın sahibi  Aleksey Mordaşov altı ay ərzində 1,11 milyard dollar itirib. Onun sərvəti 15,5 milyard dollara düşüb. 

 “Novatek”in sahibi Leonid Mixelsonun sərvəti də 1,5 milyard dollar azalıb. “Norilsk Nikel”in rəhbəri Vladimir Potanin  altı ayda 1,08 milyard dollar itirib.

Ən sərfəli kredit üçün müraciət et

“Renova”nın sahibi Viktor Vekselberg, Vladimir Lisin, “Alfa-Qrup”un rəhbəri Mixail Fridman, “USM Holdings” in rəhbəri Alişir Usmanov isə sərvətini artırıb.

“Microsoft”un qurucusu Bill Qeyts isə yenə də dünyanın ən varlı şəxsi olub. İlin ilk 6 ayında onun sərvəti 6,83 milyard dollar artıb. 

Mənbə: Oxu.az