Milyarder məhsuldarlıq sirlərini bölüşüb | Banco.az

Milyarder məhsuldarlıq sirlərini bölüşüb

X və Y nəsli , terminləri soz zamanlar daha çox aktuallaşıb. Lakin cəmiyyət bu nəsillərə heç də birmənalı yanaşmırlar. X nəsillər, II Dünya Müharibəsindən sonra, 60-80-ci iilər aralığında doğulan şəxslərə verilən ümumi addır.  Doğumu 1980-2000ci illərə təsadüf edənləri isə Y nəsil adlandırırlar. Onlarla bağlı xeyli stereotiplər mövcuddur. Bununla yanaşı həmin nəsillərin özlüyündə bir çox müsbət xüsusiyətləri də var. Məsələn: X nəsil məsələlərə daha detallı yanaşır və kifayət qədər zəhmətkeşdir. Y nəslində isə analitika qabiliyyəti daha güclü olur, bu nəslin nümayəndələri öz hüquqlarını müdafiə etməyi bacarırlar.

Əslində isə heç bir nəsil o birisindən daha yaxşı deyil. Yəni, hər bir nəsildən öyrənəcəyimiz nəsə olur.  Bu dəfə X nəsli sələf rolunda Y-ə bəzi məsləhətlər ötürüb.  Milyarder Fred Mouawad effektiv işləmək və yaxşı yaşamaq üçün, 5 məhsuldarlıq sirrini bölüşüb. Qeyd edək ki, o, 8 biznesə rəhbərlik edir. Həmçinin 120 illik, ailə (cəvahirat) biznesini də idarə edir.

  1. Prioritetlərinizi müəyyənləşdirin. Demək olar ki, əksəriyyətimiz çox vaxt, əslində real olmayan məqsədlər üçün xeyli vaxt sərf edirik. Özümüz də bilmədən həyat və amal cığırımızdan ayrı düşürük. Bir də zaman gəlir ki, artıq illər keçib və biz öz seçimlərimizi qınamağa, hətta onlardan imtina etməyə başlayırıq. Lakin əlindən gələni etmək lazımdır ki, gənc yaşda edilən seçimlərə sonradan qarşı çıxmayaq. Çünki bu seçimlər həyatımızda böyük təsiretmə gücünə malikdir. Ilk növbədə həyatda bizim üçün ən böyük əhəmiyyət daşıyan 3 prioritet müəyyən etməliyik. Vaxtımızı həm öy

    Ən sərfəli kredit üçün müraciət et

    rənməyə, həm dostlar və ailəyə, həm də işləməyə yetəcək qədər balanslı şəkildə bölməliyik.
  2. Zamanınızı həsr etdiyiniz şeydən maksimum yararlanın.  Əksəriyyətimiz müəyyən məqsədə nail olmaqdan ötrü saatlarca işləyirik, yəni bir işə çox zaman sərf edirik. Lakin diqqətlə fikir versək görərik ki, həmin saatın yalnız 20%-i öz bəhrəsini verir. Bəs yerdə qalan 80% nə olur? Belə bir deyim var: çox işləmə, ağıllı işlə (don’t work hard work intelligent)yəni gecə-gündüz işləmək daha çoxa nail olmaq demək deyil.
  3. Performansınızı ölçün. Məsələn əgər analitiksinizsə, həftə ərzində topladığınız hesabatların sayını müəyyənləşdirməyə çalışın.  Ölçü götürsəniz bu sizə görəcəyiniz işin keyfiyyətini göstərəcək və siz fəaliyyətinizi sürətləndirməyə ehtiyac olub-olmadığını anlaya biləcəksiniz.
  4. Müxtəlif aspektlərdən yanaşmağı sınayın. Yaxşılaşdırmağı vacib bildiyiniz bölmə üzərində işləyin. Yeni metodlar tətbiq etməyə çalışın. Daim nəyisə sınaqdan keçirin.
  5. Vaxtınızı boşunuza sərf etdiyiniz məşğuliyyətlərdən uzaqlaşın. Hər bir insanın məşğul olmağı sevdiyi hər hansı bir sahə olur. Lakin diqqətlə fikir verəndə görürük ki, belə məşğuliyyətlər bizə heç nə vermir. Əksinə enerji və vaxtımızı əlimizdən alır. Bunun qarşısını almaq və belə məşğuliyyətləri müəyyən etmək üçün həftə ərzində gördüyümüz işlərin siyahısını tutmalıyıq. Yəni hər bir saatı nəzərə almaq lazımdır. Belə olduqda ən çox nəyə zaman ayırdığımızı müəyyənləşdirmək daha asan olacaq. Belə bu mənfi vərdişlərdən uzaqlaşa biləcəyik.